www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » Bakıda gənc oğlan 60 yaşlı qadını qaçırdı

Bakıda gənc oğlan 60 yaşlı qadını qaçırdı

Bölmə: Cəmiyyət
Bakıda gənc oğlan 60 yaşlı qadını qaçırdı
Qadını qaçıran gənc oğlan bu addımı yaşlı insana olan sevgi hissi ilə əsaslandırıb və qaçırdığı qadınla evlənmək istədiyini bildirib

Hadisə Bakıda adı açıqlanmayan gənc oğlan 60 yaşlı qadını evlənmək məqsədilə qaçırıb.
Hadisə Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini polisə müraciət edərək 60 yaşlı bacısının evlənmək məqsədilə qaçırıldığını deyib.

Aparılan araşdırmalar zamanı fakt təsdiqlənib.

Qadını qaçıran gənc oğlan bu addımı yaşlı insana olan sevgi hissi ilə əsaslandırıb və qaçırdığı qadınla evlənmək istədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.