www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » Putin keçmiş arvadını ərə vermək barədə düşünür

Putin keçmiş arvadını ərə vermək barədə düşünür

Bölmə: Cəmiyyət
Putin keçmiş arvadını ərə vermək barədə düşünür
Rusiya prezidenti Vladimir Putin canlı yayımda rusiyalılarla ünsiyyəti zamanı subaylığı ilə bağlı sualla da qarşılaşıb.

Virtualaz.org saytı xəbər verir ki, “Rusiya nə vaxt yeni birinci xanımı görəcək” sualına cavab verərkən deyib ki, əvvəlcə keçmiş arvadını ərə vermək barədə düşünməlidir. Yalnız bundan sonra yenidən evlənmək barədə fikirləşə bilər.

“Mən əvvəlcə öz keçmiş arvadım Lüdmila Aleksandrovanı ərə verməliyəm, yalnız bundan sonra özüm haqda düşünə bilərəm” - deyə Putin bildirib.