www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » “Neftçi”nin adam öldürən futbolçusunu polis saxladı (Video)

“Neftçi”nin adam öldürən futbolçusunu polis saxladı (Video)

Bölmə: Cəmiyyət
“Neftçi”nin adam öldürən futbolçusunu polis saxladı (Video)
Deyəsən, Araz Abdullayev axırda cavanlığının badına gedəcək.

Bir müddət öncə xoş olmayan avtoqəza hadisəsi ilə yadda qalan milli komandamızın və "Neftçi"nin gənc yarımmüdafiəçi bu dəfə də oxşar hərəkət edib. Virtualaz.org futbolinfo.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında futbolçu polislər tərəfindən saxlanılıb.

Araz maşını idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. YPX əməkdaşları Abdullayevi maşını ilə birlikdə cərimə meydançasına aparıblar. Futbolçunun hansı qaydanı pozduğunu dəqiq bilmirik. Amma polislər onu cərimə meydançasına aparmağı lazım bilibsə, deməli, tez-tez avtoxuliqanlıq edən bu futbolçu ilə bağlı konkret səbəb var.

Videoda gördüyünüz “şou” isə bu günkü olayın təsviri deyil. Araz eyni maşınla çox hoqqalar törədib və bu, onlardan yalnız biridir.