www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » Telekanallarda monitorinq davam edəcək - XƏBƏRDARLIQ

Telekanallarda monitorinq davam edəcək - XƏBƏRDARLIQ

Bölmə: Cəmiyyət
Telekanallarda monitorinq davam edəcək - XƏBƏRDARLIQ

“Telekanallarda bayağı verilişlərlə bağlı monitorinqləri davam etdirəcəyik”. Bunu Publika.Az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, bəzi telekanallar Milli Teleradio Şurasının tənqid və xəbərdarlığından kifayət qədər nəticə çıxarmayıb. N.Məhərrəmli deyib: “Amma nəticə çıxaran telekanallar da var. Nəticə çıxarmayan telekanallarla bağlı məsələyə isə biz yaxın günlərdə yenidən baxacağıq.

Hesab edirəm ki, bu istiqamətdə aparılan monitorinqin nəticələri yaxın günlərdə müzakirə olunacaq və hər hansı tədbir görüləcək. Hansı telekanallarda nöqsanların daha çox olmasını isə monitorinqin nəticələri göstərəcək. Biz bu məsələyə aprelin 15-də baxacağıq”.