www.DOGRU.tv - Onlayn Televiziya » Araşdırma » VİDEO - Qubada meyvəçiliyə mane olan daş karxanaları

VİDEO - Qubada meyvəçiliyə mane olan daş karxanaları

Bölmə: Araşdırma, Aktual
VİDEO - Qubada meyvəçiliyə mane olan daş karxanaları
Ağ alması ilə məhşur olan Quba bağlarında suvarma suyu ilə bağlı ciddi problem yaşanır. 1 aydan artıqdır suya həsrət qalan meyvə bağlarında ağaclar qurumaq üzrədir. Fermerlər deyir ki, mövsüm ərzində 6 dəfə suvarılmalı bağ sahələrinə cəmi 2-3 dəfə su verilib ki, buda məhsulun böyük hissəsinin məhv olmasına səbəb olub.

Quba rayon Suvarma Sistemləri İdarəsindən isə bildirilir ki, rayonda su problemini yaradan başlıca səbəb daş karxanalarının çaylardakı qanunsuz fəaliyyətidir.

Əslində baş mühəndisi İsrafil Bağırovun sözündə həqiqət var. Çünki daş karxanaları çaylarda sözün əsl mənasında qorxunc mənzərə yaradıb.
Bura Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsidir. Bir neçə il öncə çayda su mənim dayandığım yerdən axırdı. Lakin son illər ərazidə daş karxanalarının fəaliyyəti nəticəsində çay yatağı 30-40 metr dərinə düşüb.

Təəssüfləndirici hal odur ki, çayda qorxunc mənzərəni yaradan daş karxanalarnın fəaliyyəti təkcə Vəlvələçayla bitmir. Oxşar mənzərəyə Qaraçay, Qudiyalçay və Qusarçayda da rast gəlmək mümkündür. Məsələ ilə bağlı daş karxanalarının mövqeyini öyrənmək isə mümkün olmadı.

5 saylı Ərazi Ekologiya İdarəsindən isə bildirildi ki, son bir ildə 20-dən artıq daş karxanası barədə ciddi tədbir görülüb. Bir çoxları artıq fəaliyyətini dayandırıb. Bununla belə qaydalara əməl etməyən karxana sahibləri barəsində tezliklə tədbir görüləcək.