www.DOGRU.tv - Onlayn Televiziya » Araşdırma » VİDEO - Quba rayon Yaşıllaşdırma idarəsinin ştat üzrə 65 nəfər işçisnin maaşını kim alır?

VİDEO - Quba rayon Yaşıllaşdırma idarəsinin ştat üzrə 65 nəfər işçisnin maaşını kim alır?

Bölmə: Araşdırma, Fakt
Şəhərin mərkəzi parkında qiymətli bəzək ağacları məhv olub. Söhbət Qubanın ən böyük istirahət parkında yaşanan acınacaqlı vəziyyətdən gedir.
VİDEO - Quba rayon Yaşıllaşdırma idarəsinin ştat üzrə 65 nəfər işçisnin maaşını kim alır?
Quba şəhərində Mərkəzi Meydan adlı istirahət parkı var ki, Parkda onlarla ağac baxımsızlıq nəticəsində sıradan çıxıb. Eyni zamanda su verilmədiyi üçün parkın qazon örtüyü də quruyub.

Yerli sakinlər deyir ki, ağacların qurumasının başlıca səbəbi vaxtlı vaxtında suvarılmamasındadır. Ərazidə su olsa da Rayon Yaşıllaşdırma İdarəsinin bir nəfər əməkdaşı belə ağacları sulamır.
Mövcud vəziyyət qarşısında Quba rayon Yaşıllaşdırma idarəsinin də nitqi qurudu. Bu səbəbdən də qurumdan açıqlama verməkdən imtina etdilər.
Park ərazindəki ağacların quruması ilə bağlı Quba rayon Yaşıllaşdırma İdarəsindən heç bir rəsmi münasibət bildirilmədi. İdarənin vəzifəli şəxsləri uzaqda olmalarını səbəb gətirərək problemdən yayındılar.
Birdəki onları qınamamaqda olar. Onsuzda korda bilir ki, balıq şordu. Onuda qeyd edək ki, Quba rayon Yaşıllaşdırma idarəsinin ştat üzrə 65 nəfər işçisi var. Maraqlıdır bu işçilərin başı nəyə qarışıb ki, ağaclar yaddan çıxıb?