www.DOGRU.tv - Onlayn Televiziya » Araşdırma » VİDEO - Nəqliyyat işçiləri Xaçmazda sürücünü döydülər

VİDEO - Nəqliyyat işçiləri Xaçmazda sürücünü döydülər

Bölmə: Araşdırma, Fakt, Xəbər Lenti
Sürücü Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları tərəfindən saxlanılır və səbəbini soruşduqda təzyiqə məruz qalır. GörüntülərXaçmaz rayonu ərazisində təsadüfən lentə alınıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 3 nəfər işçisinin sürücüyə fiziki təzyiq göstərirlər

Daha sonra əməkdaşlarımız nəqliyyat işçilərinə yaxınlaşaraq sürücünü əzişdirmələrinin səbəbini öyrənmək istəsələr də xidmət işçiləri sürücünün sənədlərini müsadirə etməklə yananşı, qəza şəraiti yaradaraq ərazidən uzaqlaşıblar/

Yerli sürücülər isə deyir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları onları qanunsuz olaraq saxlayır və pul tələb edir. Sürücü razılaşmadıqda isə sənədləri alınaraq xidmət əməkdaşları tərəfindən müsadirə edilir.

Sürücülərin sözlərinə görə, Nəqliyyat Xidməti əməkdaşlarının hərəkətinə etiraz etdikdə ağır təhqirlərə və fiziki təzyiqə məruz qalırlar.

Qeyd edək ki, məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Qusar rayon postundan açıqlama almaq istəsək də qurumda suallarımızı cavablandıracaq şəxs tapılmadı. Hər halda ümid edirik sujet efirə getdikdən sonra məsələ aidiyatı qurumlar tərəfindən lazımı şəkildə araşdırılacaq.