www.DOGRU.tv - Onlayn Televiziya » Araşdırma » “Qızıl Uşaqlar” – Oliqarx varisləri necə yaşayırlar?

“Qızıl Uşaqlar” – Oliqarx varisləri necə yaşayırlar?

Bölmə: Araşdırma, Fakt
“Qızıl Uşaqlar” – Oliqarx varisləri necə yaşayırlar?

Nüfuzlu “Forbes” jurnalı Rusiyada yaşayan ən zəngin varislərin siyahısını müəyyən edib.
Bu insanlar hələ körpə yaşlarından bahalı avtomobillərin, ən son dəbli “lux” brendlərin əhatəsində olublar. Həmyaşıdları üçün bağlı qapılar onlar üçün həmişə açıq olub. Lakin onlar sosial şəbəkələrdə öz həyat tərzlərini, əyləncələrini dostları ilə böyük məmnuniyətlə paylaşırlar.

Rusiyalı oliqarxların varislərini təqdim edirik:

Yelen Manasir – Milyarder Ziyad Manasırın qızı

Bulat Xukayevlə evli olan qızın 6 mərtəbəli villası, şəxsi yaxtası və Siciliya adasında evi var.
“Qızıl Uşaqlar” – Oliqarx varisləri necə yaşayırlar?

“Qızıl Uşaqlar” – Oliqarx varisləri necə yaşayırlar?
Diana Manasir – Ziyad Manasırın ikinci qızı

Diana Böyük Britaniyanın “Queen Ethelburga” kollecində təhsil alıb. O, daha çox səyahət etməyi sevir. Atası isə buna heç vaxt etiraz etmir.

“Qızıl Uşaqlar” – Oliqarx varisləri necə yaşayırlar?


Yelizaveta Mamiaşvili – Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvilinin qızı

Yelizaveta “İntek” Lomonosov məktəbində təhsil alır, aktrisa olmağı düşünür.

Mariya Çiqirinskaya – Aleksandr Çiqrinskinin qızı və rusiyalı biznesmen Şalva Çiqrinskinin qardaşı qızı
“Qızıl Uşaqlar” – Oliqarx varisləri necə yaşayırlar?
20 yaşlı Mariya özü üçün heç nədən imtina etmir. Arkadi Krutirin oğlu ilə evli olan qızın toyunda amerikalı reper Basta Rayms rep ifa edib. Bu isə ona külli miqdarda məbləğə başa gəlib.


Artyom Qovyadin - “Qlavprodukt”un sahibi Sergey Qovyadinin oğlu

Artyom Lomonosov adına məktəbin məzunudur. Artyom dünyanın müxtəlif bölgələrində dostları ilə vaxt keçirməyi xoşlayır.

Semen Fayfman - “ORT” kanalının baş produseri Aleksandr Fayfmanın oğlu

O, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitununda təhsil alır.

“Qızıl Uşaqlar” – Oliqarx varisləri necə yaşayırlar?
Kristina Ozimkova – Tikinti şirkətinin sahibi Roman Ozimkovun qızı

Kristina öz avtomobilləri ilə fotoşəkillər çəkdirməyi sevir. Onun avtomobilləri arasında “Porsche”, “Range Rover”, “Mercedes” markalı modellər var. “İnstagram” səhifəsində onu 560 min nəfər izləyir.

Yuriy və Vladimir Kisilyov – “Federasiya” fondunun sahibi Kisilyovun oğlanları

Kisilyovun böyük oğlu Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitununda təhsil alır, siyasətçi və biznesmen olmağı düşünür. Onun kiçik qardaşı da qardaşı kimi Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitununa daxil olmağa çalışır.

“Qızıl Uşaqlar” – Oliqarx varisləri necə yaşayırlar?

Diana Çerviçenko – “Spartak” futbol klubunun sabiq sahibi Andrey Çerviçenkonun qızı

Diana Moskva Dövlət universitetində incəsənət fakültəsində təhsil alır. 19-cu əsr rus rəssamların rəsmlərini toplayır. Eyni zamanda, o, bahalı avtomobilləri, kürkləri və bəzək əşyalarını sevir. Diana “Maybach” markalı avtomobil sürür.

Yuliya Staxiva – Tomat istehsalçısının qızı

Yuliya Böyük Britaniyanın paytaxtı Londonda yaşayır və təhsil alır. O, ““İnstagram”ın zəngin uşaqları” şousuna çəkilib. Qarderobundakı qiyməti yarım milyon dollar təşkil edir.

Anastasiya Kudryaşkina – “UMMC Holding”in ticarət direktoru İqor Kudryaşkinin qızı

Anastasiya Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alır. Lakin o, müğənni olmaq istəyir. Özünün şəxsi təyyarəsi var.

“Qızıl Uşaqlar” – Oliqarx varisləri necə yaşayırlar?

Mixail Semenduyev – Müğənni Jasminin oliqarx Vyaçeslav Semenduyevdən olan oğlu

Mixail Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitununda təhsil alır. Mixail 18 yaşını Monakoda qeyd edib.


Mariya Yevenko – DressOne portalının direktoru Lidiya Aleksandrova və bankir Dmitri Yevenkonun qızı

Mariya Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil alır. Anasının yolunu gedən Mariya pullarını daha çox bahalı çanta və ayaqqabılara xərcləyir.

Arkadiy Abramoviç – Milyarder Roman Abramoviçin oğlu

O da atasının yolunu gedir. Arkadiy Sibirdə 46 milyon dollara neft yatağını satın alıb.

Anna Abramoviç - Roman Abramoviçin böyük qızı

Sadə həyat tərzindən həzz alır. Rusiyada çox insan onun həyatına həsəd aparır.



Sofiya Abramoviç - Roman Abramoviçin kiçik qızı

Sofiya daha ciddi həyat sürür. Səs-küyü sevmir. Peşəkar səviyyədə atçılıq idman növü ilə məşğul olur. Eyni zamanda, təhsilini də davam etdirir.



Yeketerina Rıbolovleva – “Uralkaliya” şirkətinin sahibi Dmitri Rıbolovlevin qızı

Yeketerina hər nəyə gəldi pul xərcləməkdən çəkinmir. Onun ən bahalı evi Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində yerləşir. Evin qiyməti 88 milyon dollardır.

Anastasiya Potanina – “İnterros” şirkətinin prezidenti Vladimir Potaninin qızı

Potanin bir müddət əvvəl bütün sərvətini xeyriyyə qurumlarına bağışlayacağını açıqlamışdı. Övladlarına isə zərrə qədər də olsun miras saxlamayacağını deyib. Anastasiya isə bildirib ki, atasının fikrini dəstəkləyir. İndi isə nə qədər ki atası sağdı və imkan var bacardığı qədər pul xərcləyəcək.

Yusif Ələkbərov – “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərovun yeganə varisi

Yusif Ələkbərov gələcəkdə şirkətin rəhbərliyinə keçmək üçün Sibirdə neft biznesində çalışır. Gənc oğlan dostları ilə də birgə vaxt keçirməyi sevir.

Polina Qalitskaya – Milyard Sergey Qalitskinin qızı

Polinanın hələ çox gənc olmasına baxmayaraq, öz adına kifayət qədər mülkiyyəti var. Polina dostlarından fərqli olaraq sosial şəbəkədə öz şirin həyatından anlar paylaşmağa tələsmir
Kira Plastinina – “Vim-Bil-Dan” şirkətinin sahibi Sergey Plastinin qızı

Plastinina məşhur dizaynerdir. Amerikalı aktrisa Paris Hiltonun onun təşkil etdiyi sərgidə iştirakı atasına 2 milyon dollara başa gəlib.

Lada Şefler – “S.P.I. Group”un sahibi Yuri Şeflerin qızı

Lada Şefler özünü moda dünyasına həsr edib və bu sahədə öz biznesini qurub. Bundan başqa onun mətbəxlə bağlı şəxsi bloqu da var. Şefler 2012-ci ildə “Bang&Oloufsen” ailə şirkətinin varisi Vladimir Troyanovski ilə ailə qurub. Bununla o, öz sərvətini bir neçə dəfə artırıb.

Anton və Yekaterina Fedun – Neft maqnatı Leonid Fedunun övladları

Anton Londonda yerləşən beş-ulduzlu “Ampersand” otelinin sahibidir. Yekaterina isə Moskvada yaşayır. “Spartak” futbol klubunun meneceri Yuxan Qeraskinə ərə gedib.