www.DOGRU.tv - Onlayn Televiziya » Araşdırma » Qaradağın icra başçısı sahibkarları necə “sındırır”?


Qaradağın icra başçısı sahibkarları necə “sındırır”?

Bölmə: Araşdırma
Qaradağın icra başçısı sahibkarları necə “sındırır”?
“Çakır” abadlıq işlərində çalışan adamların pullarını vermir, üstəlik onları hədələyir


Qaradağın icra başçısı Süleyman Mikayılov ölkədə sahibkarlara qan udduran ən birincilər sırasında yer alır. Buna səbəb icra başçısının iş gördürdüyü iş adamlarının pulunu kəsməsi və onları hədələmsidir.
Azerinews.tv-yə daxil olan məlumatlara görə, bu yaxınlarda daha bir sahibkar «Çvkır» ləqəbli icra başçısının qəzəbinə tuş gəlib. Məlumatda deyilir ki, Lökbatan qəsəbəsində həyata keçirilən abadlıq və quruculuq işləri ilə bağlı elan edilmiş tenderin qalibi olmuş həmin şirkətin rəhbəri görülən işlərin pullarını istəsə də, sərt bir cavabla qarşılaşıb.
Belə ki, Süleyman Mikayılov həmin iş adamına «get işlərini gör, pul olmayacaq» deyib. Üstəlik, ona çatdırıb ki, əgər işlərini başa çatdırmasa, onu həbs etdirəcək. Vəziyyəti ağır olan sahibkar da nə edəcəyini bilməyib və öz vəsaiti hesabına işləri davam etdirmək məcburiyyətində qalıb.

Azerinews.tv-yə verilən məlumatda o da vurğulanır ki, Süleyman Mikayılov bu işləri dəfələrlə sınayıb. Onun bir müddət əvvəl Qaradağdakı dükan sahiblərinə də eyni şəkildə hədə gəldiyi bildirilir.