www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Hamını aldatdığı deyilən Aytək danışdı - NASA qalmaqalı

Hamını aldatdığı deyilən Aytək danışdı - NASA qalmaqalı

Bölmə: Aktual
Hamını aldatdığı deyilən Aytək danışdı - NASA qalmaqalı
Aytək Məmmədli adlı azərbaycanlı xanımın NASA-nın konfransında çıxışçı olaraq elmi işini təqdim etdiyi barədə paylaşımı qalmaqala səbəb olub.
Bir çox insan onu yalan danışmaqda ittiham edib. Hətta NASA-ya elektron məktub yazaraq məsələni aydınlaşdıranlar da olub. Haldun Novruzzadə adlı şəxs A.Məmmədlini saxtakarlıq etməklə günahlandırıb.

A.Məmmədli orada sadəcə iştirakçı olduğunu qəbul edərək əlavə edib:

"Bəli, mən orada sadəcə iştirakçı idim. Son gün isə 5 dəqiqəlik təqdimat etmişəm. Konfransa gəlməyim birdən-birə alındı, çünki tamam başqa bir konfransda çıxışçı idim. Ora isə bir neçə aydır hazırlaşırdım.

Bu səbəbdən xüsusi əlavə etməmişəm. Adımın sistemdə olmaması və məni çıxışçı olaraq qeyd etməmələri təbiidir. Məni qınayan insanlar bu konfransların sistemini bilmir. Konfransda iştirak edənlər təqdimat etdiyimi bilir və mənə verilən 7 dəqiqə icazəsiz olsa da xahişimlə baş tutub. Elmi işim uğurludur, ona görə də həmişə müsbət cavab alıram".

A.Məmmədli NASA ofisi ilə tanış olmağın özünün böyük uğur olduğunu vurğulayıb:

"Buraya gəlmək, NASA ofisində olmaq özü mənim üçün bir uğurdur. Ucuz işlərlə məşğul olduğum insanlara gələcəkdə işlərimlə cavab verəcəm".

A.Məmmədli sosial şəbəkədə onu ifşa fotolarını da montaj hesab edir:

"Yəqin ki, o foto montajdır. Azərbaycana qayıtdıqda məhkəməyə müraciət edəcəyəm