www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Saakaşvili Lvova gedir

Saakaşvili Lvova gedir

Bölmə: Aktual
Saakaşvili Lvova gedir
Gürcüstanın sabiq prezidenti, bazar günü axşam Ukraynanın ərazisinə girmiş Mixail Saakaşvili silahdaşları ilə avtobusa əyləşərək Lvova yola düşüb.

Bu barədə RİA Novosti-nin hadisə yerində olan əməkdaşı məlumat verib.


* * *21:36

Gürcüstanın sabiq prezidentinin yüzlərlə tərəfdarı Ukrayna tərəfindən sərhədçilərin mühasirəsini yarıb və Mixail Saakaşvili onların əhatəsində Ukrayna sərhədini keçib.

Virtualaz.org bildirir ki, bu barədə BBİ-si xəbər yayıb.

* * *21:18

Mixail Saakaşvilinin tərəfdarları siyasətçinin Ukraynaya girmək istədiyi Şeqini buraxılış-nəzarət məntəqəsində güc strukturlarının mühasirəsini yarıblar.

Virtualaz.org bildirir ki, xəbəri RİA Novosti yayıb.

İnformasiyaya əsasən, məntəqədə toqquşmalar başlayıb.

* * *19:55

Qatarla Polşa-Ukrayna sərhədini keçə bilməyən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili, ilkin planına qayıtmağa və "Krakovets" nəzarət-buraxılış məntəqəsini avtomobil vasitəsilə keçməyə qərar verib.

Virtualaz.org bildirir ki, bu barədə o, Polşa şəhəri Pşemıslda düzənlədiyi konfransda bəyan edib.

"Mən hamıya “Krakovets” buraxılış məntəqəsini mənimlə keçməyi təklif edirəm", — Saakaşvili vurğulayıb.



* * *17:03

"İnterfaks-Ukrayna" xəbər verir ki, baş verənlərə Mixail Saakaşvili özü də münasibət bildirib.

"Təsəvvür edirsiniz, biz hansı vəhşilərlə işləyirik? Məni sovet vaxtı metodu ilə vətəndaşlıqdan məhrum etmək vəhşilik idi. Amma xarici ərazidə bütöv qatarı dayandırmaq, Avropa İttifaqında, yüzlərlə sərnişinlə... Siz nə vaxtsa beləsini görmüşdünüz?…", — deyə qatarda öz ailəsi, tərəfdarları və jurnalistlərlə birlikdə olan Saakaşvili bildirib.

"Prezident Poroşenko dəmir yoluna Polşa ərazisində qatarı dayandırmağı əmr edib… Onlar bir nəfəri Ukraynaya buraxmamaq üçün bütün sərnişinləri girov götürüblər.Bu ki vəhşilikdir”, — sabiq-qubernator bir daha vurğulayıb.

* * *16:13

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru, Ukrayna hakimiyyətinin vətəndaşlığını ləğv etdiyi Mixail Saakaşvili şənbə günü bəyan edib ki, bu gün “Krakovets” sərhəd-keçid məntəqəsi vasitəsi ilə Polşadan Ukraynaya gələcək.

Onun bu bəyanatından sonra Polşa-Ukrayna sərhədində avtomobillərin hərəkəti dayandırılıb.

RİA Novosti-nin məlumatına görə, hazırda sərhəd-keçid məntəqəsində Ukraynadan Polşaya və əks istiqamətə avtomobillərin hərəkətinə icazə verilmir.

Virtualaz.org bildirir ki, Saakaşvili bir az əvvəl Polşanın Pşemışlya vağzalında Lvovdan keçməklə Kiyevə qədər gedən qatara minib. Amma qatar hələ yerindən tərpənməyib.

Səsgücləbirici vasitəsilə Gürcüstanın sabiq prezidentindən qatarı tərk etməsini xahiş ediblər: "Bizim qatarda Ukrayna ərazisinə giriş hüququ olmayan şəxs var. olur. O, qatarı tərk etməyincə, biz yerimizdən tərpənməyəcəyik”.

* * *14:35

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin tərəfdarları və rəqibləri arasında toqquşma olub.

Virtualaz.org RİANovosti-Ukayna saytına istinadən bildirir ki, insident Polşa-Ukrayna sərhədində-“Krakovets” buraxılış-nəzarət məntəqəsi yaxınlığında baş verib.

Amma hadisənin təfərrüatları açıqlanmayıb.



* * *12:35

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarının olduğu yüzlərlə avtomobil və mikroavtobus karvanı Ukraynanın Lvov şəhərində - Polşa ilə sərhəddə onu qarşılamağa çıxıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilir ki, Saakaşvilinin tərəfdarları siyasətçinin sərhədi keçəcəyinə və buraxılış məntəqəsində sərhədçilərin keçmiş qubernatoru ölkə ərazisinə buraxacaqlarına qədər qalacağına əmindirlər.

Polis nümayəndələri bildiriblər ki, gecə ərzində Polşayla sərhəddə, buraxılış məntəqəsi yaxınlığında qanun pozuntusu və bu qəbildən olan digər hər hansı hadisə qeydə alınmayıb.

Amma o da bildirilir ki, sərhəddə Saakaşvilinin ölkəyə daxil olmasına maneçilik törədilərsə, kütlə hücum edərək sərhəd məntəqəsini ələ keçirməyə çalışa bilər.

Virtualaz.org xatırladır ki, , Kiyevdə çalışan jurnalist Denis Kazanski dünən “Facebook” səhifəsində Ukraynanın “Krakovets” sərhəd buraxılış nəzarət məntəqəsində tələm-tələsik tikanlı məftil hasarı çəkildiyini yazmışdı. Qeyd etmişdi ki, məqsəd Polşadan Ukraynaya keçmək istəyən Mixail Saakaşvilinin qarşısını almaqdır.

Bir az əvvəl isə məlum olub ki, Ukrayna sabiq prezident Mixail Saakaşvilinin Tbilisiyə verilməsi haqda Gürcüstanın sorğusuna baxacaq. Bu barədə virtualaz.org-a Ukraynanın Ədliyyə Nazirliyindən bildiriblər. Nazirlikdən təsdiq ediblər ki, Kiyev Tiflisdən həqiqətən də Mixail Saakaşvilinin axtarışı, saxlanılması və ekstradisiyası ilə bağlı sorğu alıb. Və Baş prokurorluq hazırda bununla əlaqədar ekstradisiya yoxlaması aparır.