www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Abid Şərifovun bankir oğlu - FOTOLAR


Abid Şərifovun bankir oğlu - FOTOLAR

Bölmə: Aktual
Abid Şərifovun bankir oğlu - FOTOLAR
Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasına davam edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz bilgiləri sizə təqdim etməyə çalışırıq.

Budəfəki təqdimatımız baş nazirin müavini Abid Şərifovun oğlu Elçin Şərifov haqqındadır.


O Abid Şərifov ki, bir neçə gündən sonra – yanvarın 6-da 77 yaşını qeydəcək. Cənab Şərifov düz 22 ildir eyni postda – baş nazirin müavini vəzifəsində çalışır.

Abid Qoca oğlu Şərifov 6 yanvar 1940-cı ildə Şəkidə anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq onun trestlərində tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi, 1972-ci ildən həmin idarənin 23 saylı tikinti idarəsinin rəisi işləyib.
Daha sonra A.Şərifov Azərbaycan SSR Nazirlər Sovetinin Əsaslı tikinti şöbəsində böyük referent, "Azərnəqliyyattikinti" trestinin rəisi, sonra 1988-ci ildən "Azərnəqliyyatyoltikinti" lahiyə-sənaye tikinti birliyinin rəisi vəzifəsini tutub. 1991-ci ildən Türkiyə Respublikasının Çerkesköy-Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini, 1993-cü ildən "Azərnəqliyyatyoltikinti" lahiyə-sənaye tikinti birliyinin bazasında yaradılan eyniadlı Dövlət Şirkətinin prezidenti vəzifələrində işləyib.

1995-ci ildən Azərbaycan Respublikası baş nazirinin müavinidir. SSRİ dönəmindəki fəaliyyətinə görə, "Şərəf nişanı" ordeni (1976), "Oktyabr inqilabı" ordeni (1980) ilə təltif olunub.
Həmin illərdə o, "Azərbaycanın əməkdar inşaatçısı" və "Fəxri nəqliyyat inşaatçısı" fəxri adlarına layiq görülüb.

A.Şərifov baş nazirin müavini kimi tikinti sənayesi, nəqliyyat, rabitə, şəhər təsərrüfatı sahələrinn kurasiya edir.
Ötən il ona Prezident İlham Əliyevin sərəncamı ilə 75 illik yubileyilə əlaqədar “Şöhrət” ordeni verilib.


Abid Şərifovun iki övladı var – oğlu və qızı.


Baş nazirin müavinin oğlu Elçin Şərifov uzun müddətdir bankçılıq sahəsində çalışır. Elçin Şərifov Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. O, hazırda “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialına rəhbərlik edir.

Elçin Şərifovun daxili işlər nazirinin sabiq müavini, mərhum Rövşən Cavadovu kürəkəni olduğu bildirilir.