www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Rusiyanın Türkiyədəki səfiri öldürüldü

Rusiyanın Türkiyədəki səfiri öldürüldü

Bölmə: Aktual
Rusiyanın Türkiyədəki səfiri öldürüldü
Rusiyanın Xarici İşlər Nazirliyi ölkənin Türkiyədəki səfiri Andrey Karlovun Ankaradakı incəsənət qalereyasında çıxış edərkən bir nəfər tərəfindən güllələnərək öldürüldüyünü təsdiq edib.

Rusiya və Qərb xəbər agentlikləri naziriliyin sözçüsü Mariya Zaxarovaya istinadən bildiriblər ki, Andrey Karlov dekabrın 19-da aldığı güllə yaralarından ölüb.

Hadisənin Ankarada, Müasir Sənətlər Mərkəzində rəsm sərgisinin açılışında baş verdiyi bildirilir.

Hurriyet.com.tr-ye danışan rus yetkilillər hücumu radikal islamçı terrorçuların gerçəkləşdirdiyini bildiriblər.

Hadisə yerində olan fotomüxbirinə istinad edən Associated Press xəbər verir ki, səfirə atəş açan şəxs qara kostyumda və qalstukda olub.

Hadisə yerində olan kamerada atəş açanın türkcə səsləndirdiyi bəyanatı eşidilir:

“Bizim torpaqlarımızda törətdiyiniz hər şey üçün cavab verəcəksiniz. Biz asayişdə olmayınca, sız də olmayacaqsınız. Gedin və olduğunuz yerdə qalın. Burdan mənim meyitim şıxacaq” – deyib həmin şəxs.

Anadolu agentliyi xəbər verir ki, hücum edən Türkiyə xüsusi qüvvələri tərəfindən öldürülüb.