www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Norveç sığınacaq vermədiyi qaçqınları niyə geri göndərmir?

Norveç sığınacaq vermədiyi qaçqınları niyə geri göndərmir?

Bölmə: Aktual
Norveç sığınacaq vermədiyi qaçqınları niyə geri göndərmir?
Bəs, sığınacaq almayan qaçqınlar nə etməlidirlər?
Belə hallarda, adətən, qaçqınları deportasiya etmək lazım gəlir. Amma haraya? Miladöncəsi bayram ovqatı yaşayan Vadsö şəhərciyindən Suriyaya? Axı orada müharibə gedir. Deməli, onları Norveçə haradan gəliblərsə, oraya aparmaq lazımdır, yəni Rusiyaya.

Rusiya ilə sərhəd bölgələrinin rəsmiləri etiraf edirlər ki, qaçqınları geri göndərmək bələdiyyələrin səlahiyyətinə aid deyil.

"Norveçdə Rusiyadan keçmiş çoxlu Suriya qaçqını var. Bəli, Norveç onları geriyə - Rusiyaya göndərmək istəyir. Ancaq Rusiya onları qəbul etmək istəmir. Odur ki, müzakirə gedir", – Ser-Varanger bələdiyyəsinin meri Rune Rafaelsen belə deyir.

Bu il Norveç 454 suriyalıya sığınacaq verməkdən boyun qaçırıb. Onların Şengen zonası xaricində "təhlükəsiz olan üçüncü ölkəyə gedə biləcəyi" bildirilib. Akef Alsadi təcili Norveçi tərk etməlidir, ancaq heç yerə getməyəcək:

"Gedə bilmirəm, axı. Çünki heç sənədlərim də yoxdur. Suriyaya deportasiya etmək olmaz. Rusiyaya da olmaz...Vizanın da müddəti bitib".

Hökumət sığınacaq verilməyən qaçqınlarla necə davranacağını bilmir
Ertəsi gün, digər qaçqınlar kimi, Akef Alsadi-nin də hesabına pul gəlir. Belə görünür ki, hökumət sığınacaq verilməyən qaçqınlarla necə davranacağını bilmir.

"Bildiyim qədər, Rusiya hökuməti bizi geriyə - Suriyaya göndərə bilər, çünki yaxın diplomatik münasibətləri var. Biz geri göndərilməkdən çox qorxuruq. Orada birbaşa Moskva-Dəməşq təyyarə reysi də var", - suriyalı Wabel Alahmad-ın sözləridir.

Alahmad Rusiyada olub. Rusiyada qalmağa cəhd göstərənlər də var. Alsadi Volqoqradda oxuyub, Sarad Moskvada aşpaz, Uthman-sa qarovulçu işləyib. Onlar rus dilini də öyrəniblər. Di gəl, heç birinə Rusiyada müvəqqəti yaşayış izni verilməyib.

“Heç cür və heç vaxt”
"Mən Kirkenesə, Rusiya konsulluğuna zəng vurmuşam. Dedilər ki, Rusiyaya getmək olmaz. Heç cür və heç vaxt", – Khalil Uthman belə deyir.
Belə müzakirələr dövlət səviyyəsində də getdiyindən, qaçqınlara Norveçdə qala biləcəklərinə ümidlənirlər.