www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Ziya Məmmədovun oğlu Trampın inaqurasiyasına dəvət olundu

Ziya Məmmədovun oğlu Trampın inaqurasiyasına dəvət olundu

Bölmə: Aktual
Ziya Məmmədovun oğlu Trampın inaqurasiyasına dəvət olundu
“Amerika-Azərbaycan” Alyansının sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasiminə dəvət olunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, iş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq.

Qeyd edək ki, biznesmen Anar Məmmədovun Donald Trampla iş birliyinin olması haqda Azərbaycan mətbuatında dəfələrə məlumatlar dərc olunub. O, eyni zamanda Bakının Xətai rayonu ərazisində yerləşən “Tramp” adlı böyük bir plaza da inşa etdirib.