www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Eldar Mahmudov öldü?


Eldar Mahmudov öldü?

Bölmə: Aktual
Eldar Mahmudov öldü?
Sabiq nazirin ürəktutmadan keçindiyi iddia edilir.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölüm xəbəri yayılıb. Bəzi saytlarda yer alan məlumata görə, E.Mahmudovun yaşadığı bağ evində üstünə təcili tibbi yardım gəlib.


“Eldar Mahmudovun əlində 2800-dən çox seks videosu var...”
İddiya görə, yaxınları həbs edildikdən sonra hər gün qorxu-stress içində yaşayan sabiq nazir içki aludəçisinə çevrilib. Nəticədə onun ürəyi ilə bağlı problemləri yaranıb.

Azerinews.tv-nin yazdığına görə, nəticədə o, ürəktutmasından vəfat edib. Ona ilkin tibbi yardım göstərilsə də onu xilas etmək mümkün olmayıb.

Təcili tibbi yardım stansiyasından ANS PRESS-ə verilən məlumata görə, onlara bu barədə müraciət daxil olmayıb.

Prezident İlham Əliyev ötən il oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.

Bir neçə ay öncə MTN ləğv edildi və onun əsasında Dövlət Təhlükəsizlik Xidməti yaradıldı. Xidmətin rəhbəri isə Mədət Quliyev təyin edilib.