www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Rıza Zərrabın Azərbaycandakı Bir Generalla Münasibətləri Olduğu Ortaya Çıxdı

Rıza Zərrabın Azərbaycandakı Bir Generalla Münasibətləri Olduğu Ortaya Çıxdı

Bölmə: Aktual
Rıza Zərrabın Azərbaycandakı Bir Generalla Münasibətləri Olduğu Ortaya Çıxdı

Rıza Zərrab danışmağa başladı

DOGRU.TV - 17 dekabr əməliyyatında həbs olunan Rəza Zərrab Türkiyə və Azərbaycan hökumətlərini sarsıdacaq şok adların adını çəkdi.

Qardaş ölkədəki bəzi yüksək vəzifəli məmurlar narahat olmağa başladı

Türkiyədə həbs olunan şübhəlilər arasında nazir övladları, yüksək bürokratlar və tanınmış işadamlarının olduğu “rüşvət və sui-istifadə əməliyyatı” sarsılarkən, istintaq sənədində bəzi azərbaycanlı bürokratların adları da rüşvət ittihamları ilə birlikdə yayıldı.

Ötən həftə ifadə verən azərbaycanlı işadamı Rıza Zərrab 1.500 kq qızıl daşıyan və 1-18 yanvar 2013 tarixləri arasında İstanbul Atatürk Hava limanında saxlanılan təyyarə ilə bağlı Çağlayanla danışdığını, Çağlayanın Mart 2013-cü ildə Zərrabla görüşmək üçün cəhd etdiyini bildirib.Rıza Zərrab Türkiyədə və Azərbaycanda yüksək vəzifəli şəxslərlə, nazirlərlə münasibətlərinin olduğunu, qardaş ölkə Azərbaycanda sabiq MTN köməkçisi indi isə Korrupsiya ilə Mübarizə İdarəsində nazir köməkçisi vəzifəsində çalışdığı iddia edilən general Əli Nağıyevlə əməkdaşlıq etdiyini deyib.

Türkiyədəki korrupsiya əməliyyatı Azərbaycana qədər uzanır

Zərrab başçılığındakı cinayət təşkilatının iki üsulla pul köçürməsi həyata keçirdiyi, ilk üsulun kuryerlərlə çamadanla pul köçürməsi edilərək reallaşdırıldığı, 2011-ci ildə kurlerlərlə Türkiyədən çamadanlarla qeyri-qanuni olaraq Rusiyaya keçirilməyə cəhd edilən 150 milyon dolların ələ keçirilməsinə qədər bu üsuldan istifadə edildiyi ittihamlar arasındadır. İkinci üsulun isə Xalq Bankdan edilən həvalələr olduğu, Rusiyaya çamadanla daşınan 150 milyon dolların ələ keçirilməsilə bir nazirin təşkilatçılığı ilə Xalq Bank üzərindən İrana yüksək məbləğlərin rüşvət qarşılığında köçürüldüyü iddia edildi.

Rıza Zərrabın saxlanılması qardaş Azərbaycanda da bəzi dairələri narahat etməyə başladı. Belə ki, hal-hazırda Azərbaycanda yüksək vəzifə tutan Əli Nağıyev adlı bir generalın şəxsi inşaat işindən əldə etdiyi “çirkli pulları” Rıza Zərrabla Türkiyəyə, oradan da Avropaya daşıdığı aydınlaşıb. İstintaq zamanı Rıza Zərrabın “əmrləri AZərbaycan alıram” deməsi bu münasibətlərin həqiqiliyinə işarə edildi. Hal-hazırda İstanbul polisi Azərbaycan tərəfinə Əli Nağıyev adlı generalın şübhəli iş münasibətləri haqqında məlumat göndərib.