www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Eldar Mahmudovun daha bir qohumu hədəfdə - Yoxlama başladı


Eldar Mahmudovun daha bir qohumu hədəfdə - Yoxlama başladı

Bölmə: Aktual, Xəbər Lenti
Eldar Mahmudovun daha bir qohumu hədəfdə - Yoxlama başladı
Vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovun indiyə qədər medianın diqqətindən kənar qalan biznesi, vəzifədə olan yaxın qohumları ilə bağlı məsələlər ciddi müzakirə olunmaqdadır.

Bu dəqiqələrdə “Qafqazinfo”ya eks nazirin vəzifədə olan yaxın qohumu ilə bağlı maraqlı məlumat daxil olub. Məlumata görə, Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra öz qohumu Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyində rəhbər vəzifəyə gətizdirib.

Həmin vaxtdan bəri o, burada sədr işləyir. Məlumat üçün bildirək ki, BTRİB-ə rəhbərlik Bakı şəhərində olduqca strateji vəzifələrdən sayılır. Belə görünür ki, Eldar Mahmudov da telefonların rahat şəkildə dinlənilməsi üçün öz yaxın qohumunun yardımından istifadə edib.

Məlumata görə, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları Birliyi nəzarətə götürüblər. Həmin idarədə yoxlamaların başlandığı və Beytulla Hüseynovun yaxın zamanlarda vəzifəsindən azad olunacağı gözlənilir.