www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Prezidentin iradından bir ay keçib, amma... (VİDEO)


Prezidentin iradından bir ay keçib, amma... (VİDEO)

Bölmə: Aktual
Prezidentin iradından bir ay keçib, amma... (VİDEO)
Hələ də bir çox istirahət mərkəzlərində qiymət yuxarı, xidmət isə aşağı səviyyədədir


Daxili turizmdə qiymətlərin baha olması ilə bağlı ölkə başçısının hökumətin iclasında iradından sonra bu sahədə dəyişikliyi qış turizm mövsümündə gözləmək olar. Xüsusilə bölgələrdə mehmanxanalarda qiymətlərin bahalığı ilə bağlı başlanılan yoxlamaların nəticələri ciddi ölçülərin götürüləcəyindən xəbər verir.

ANS TV-nin məlumatına görə, ölkə başçısının turizm qiymətlərinin yüksək olması ilə bağlı iradından bir ay keçsə də, hələ də bir çox istirahət mərkəzlərində qiymət yuxarı, xidmət isə aşağı səviyyədədir.

Hazırda yerli turizmin çox müraciət olunduğu cənub və şimal bölgələriində istirahət mərkəzlərində son bir ayda qiymətlərdə ciddi endirimlər edilməyib.

Obyekt sahibi Şövkət Əbüdrəhmanov deyir ki, qiymətlər aşağıdır, 30 manat olmaqla burada gündə üç dəfə yemək verilir.

“Sentyabrın 1-dən etibarən qış mövsümünə keçiriləcək. Məhz qiymətlər də ona uyğun olaraq tənzimlənəcək. Səhər yeməyi daxil burada bir nəfərin istirahəti üçün 40, iki nəfərin istirahəti üçün 70, 4 nəfərin istirahəti üçün isə 120 manatdır”, – deyə menecer İsmayıl Qəhrəman bildirib.

Endirimlərin aşağı olmasını ən çox arzulayan yerli turistlərdir. Qiymətlərin xidmətlər müqabilində çox baha olduğunu düşünənlər şəxsi imkanlarından yararlanmaqla istirahət etməyə çalışır.

Turizm üzrə mütəxəssislər isə qiymət və xidmətlərin mərhələli şəkildə dəyişməsinin mümkün olduğunu düşünür.

Onların fikrincə, qiymətlərin aşağı olması turist axınına səbəb olmaqla, bu sahə ilə məşğul olanlara da kifayət qədər gəlir gətirə bilər.

Yay turizmi 45 günlük bir mövsümü əhatə edir. Amma ölkədə turuzm obyektlərinin ilboyu fəaliyyət göstərməsi təşkil edilməlidir.

Turizm üzrə mütəxəssis Ruslan Quliyevin sözlərinə görə, iqtisadi böhran yeni imkanlara yol açır: "Bu gün artıq səfərbər olmuşuq ki, xaricdən ölkəyə maksimum dərəcədə valyuta gəlsin. 2020-ci ilə qədər turizm sahəsində 70 minə qədər insan çalışacaq. Hesab edirk ki, 2020-ci ilə qədər ölkəyə gələn turistlərin sayını minumum olaraq 8 -10 milyona çatdırılacaq”.

Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilir ki, qiymətlər və xidmətin səviyyəsiylə bağlı nazirlik Ədliyyə Nazirliyinin çıxarışlarına əsasən yoxlamalara başlayıb.

Hazırda konkret obyektlərdə monitorinqlər aparılır və nəticələr yaxın vaxtlarda açıqlanacaq.

Həmçinin turizm haqqında qanun dəyişiklik edilməsi üçün yeni təkliflər hazırlanaraq hökumətə və Milli Məclisə göndərilib.

Yeni qanunun payız sesiyasında müzakirəyə çıxarılması gözlənilir.

Ümid edək ki, nəzarətin gücləndirilməsi və yeni qaydalar baha qiymətlərlə başa vurduğumuz yay mövsümündən fərqli olaraq, qış turizmində problemləri həll edə biləcək və yerli turistlərin sayını artıracaq.