SON DƏQİQƏ

Avropa öz şirkətlərinə xəbərdarlıq etdi: Dağlıq Qarabağda biznes qurmayın

Tarix:25-11-2017, 23:07

Avropa Komissiyası Azərbaycanın işğal edilmiş ərazilərində ticari fəaliyyətin yolverilməz olduğu barədə xəbərdarlıq edib

Komissiyasının ticarət üzrə Baş Direktorluğu Avropa İttifaqı şirkətlərinin Azərbaycanın işğal edilmiş ərazilərində ticari fəaliyyətinin yolverilməz olduğu barədə xəbərdarlıq yayıb.

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyevin Turan-a verdiyi məlumata görə, xəbərdarlıq mətni Avropa Komissiyasının saytında yerləşdirilib, orada bu cür fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb edilmə mümkünlüyü qeyd edilir.

Azərbaycan XİN Avropa Komissiyasının bu addımlarını müsbət qiymətləndirir və Aİ üzvü olan bütün ölkələrin bu qərara riayət etməli olduğuna inandığını bildirir.

Qeyd edək ki, artıq uzun illərdir müxtəlif xarici şirkətlər Dağlıq Qarabağda və ona bitişik Azərbaycanın işğal edilmiş 7 rayonunda ticari fəaliyyət həyata keçirir. Bu, daim Bakının etirazlarına səbəb olub.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ