SON DƏQİQƏ

“Ayrı-ayrı otaqlarda yatırıq, qonşular isə deyir ki, bəxtəvərin əri gəlib...”

Tarix:25-09-2019, 17:13

Son zamanlar qızqaçırma, erkən nigah, boşanma hallarının çoxalması kimi problemləri nəzərə alaraq sizə Nuriyyənin həyat hekayəsini təqdim edəcəyik. O, həyat yoldaşı ilə ayrı yaşasa da, ata evinə dönmək istəmir. Deyir ki, elə ölsəm, qoy ər evində ölüm. 
Nuriyyə olanları belə nəql edib: 

Qeyd edək ki, müsahiblərimizin adlarını müəyyən səbəblərdən şərti olaraq təqdim edəcəyik. 
 

"O, Rusiyadan mənimlə evlənmək üçün gəlmişdi. Onlar qəsəbədə, biz isə kənddə yaşayırdıq. Həyat yoldaşım atası ilə Rusiyaya alver etməyə getdiyi üçün ilin çoxunu orda olurdu. Ata-anasının istəyi isə onu evləndirmək idi. Əslində, valideynləri onun Rusiyada başqa bir qadınla evli olduğunu biliblər. Düşünüblər ki, azərbaycanlı qızla evlənsə, rusdan ayrılar. Amma heç də belə olmadı. 
Bir sözlə, qaynanam özünə qulaq yoldaşı axtarırdı. Məni toyda həyat yoldaşıma göstərəndə deyib ki, alın, bəyənirəm. Anasıgil də elçi gəlib məni aldılar. Gəlin köçdükdən sonra həyat yoldaşım məni də Rusiyaya apardı. 

Orda bildim ki, evlidir və iki övladı da var. Yoldaşım dedi ki, onu da, səni də saxlayacam, narahat olma. Ürəyim götürməsə də, buna razı olmağa məcbur qaldım. Evliliyimizin isə üstündən beş il ötsə də, övladımız olmurdu. Buna görə də müalicələr etdirirdik. Nəhayət ki, bir qız övladım dünyaya gəldi. Bir müddət sonra həyat yoldaşım məni gətirib anasının yanında qoydu. Sonra xəbər çıxdı ki, o, rus həyat yoldaşından da ayrılıb. Ümid etdim ki, bəlkə bundan sonra məni yanına aparar, amma olmadı. Rus arvadından ayrılsa da, uşaqlarına necə lazımdır baxır. Elə bizə də hər ay pul yollayır, ildə bir dəfə gəlib 10-15 gün qalır. 

Bir gün elə oldu ki, həyat yoldaşım Azərbaycana gələndə anam gəlib onunla camaatın içində dalaşdı. Dedi ki, qızım haçana kimi belə yaşayacaq? Bu söz həyat yoldaşımın xoşuna gəlmədiyi üçün o, da dedi, qızını götür apar, harda saxlayırsan, saxla. 
Düzdür,  mənim ata evinə qayıtmağıma nə baldızlarım, nə də qaynanam razı olmadı, amma həmin vaxtdan həyat yoldaşım münasibətlərimizə son qoydu. Hər dəfə Azərbaycana gəlsə də, biz bir evdə ayrı-ayrı otaqlarda yatırıq. Çoxları isə kənardan baxanda deyir ki, bəxtəvərin əri Rusiyadan gəlib. 
Elə oldu ki, bir neçə il sonra qaynatam rəhmətə getdi və bundan sonra ərim ümumiyytələ Azərbaycana çox az-az gəlməyə başladı, çünki ordakı işlərini başqasına tapşıra bilmirdi. 
Mən də başımı aşağı salıb taleyimlə barışmalı oldum. 

Fikirləşdim ki, ata evinə qayıdıb neyləyəcəm, indi hamının öz problemi var. Qocalıramsa, elə oturub ər evində qocalaram. Nə vaxtsa yəqin ki, anlayacaq mənə qarşı səhv etdiyini, amma onda da həm mənim, həm də onun gənclik yaşı olmayacaq. Bir sözlə, gözləyirəm ərim yaşlananda gələcək və onda mən də əlinə su tökəcəm. 

Vasif Əlihüseyn
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ