www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Məşhurları dinlətdirən baş redaktor tutuldu

Məşhurları dinlətdirən baş redaktor tutuldu

Bölmə: Aktual
 Məşhurları dinlətdirən baş redaktor tutuldu
O, jurnalistləri məcbur edirmiş ki, mobil telefonlara qulaq assınlar
Böyük Britaniyanın baş naziri Devid Kameronun keçmiş mətbuat katibi Endi Koulson 18 ay həbs cəzası alıb.
Buna səbəb Endi Koulsonun “News of the World” qəzetinin baş redaktoru olan zaman jurnalistlərin məşhurların mobil telefonlarını dinləməsi olub.

Koulson həmin qəzetin baş redaktoru 2003-2007-ci illərdə olub. Bundan sonra Endi Koulson Britaniya baş naziri Devid Kameronun yanında işləməyə başlayıb.

Məhkəmə qərarına görə, Koulson hadisədən xəbərdar olmaqla yanaşı, jurnalistlərdən tələb edib ki, bu işi davam etdirsinlər. Həmin vaxt qəzet mediamaqnat Rupert Merdoka məxsus olub.

2011-ci ildə hadisə ilə bağlı qalmaqal başlayandan sonra Rupert Merdok qəzeti bağlayıb. Endi Koulson isə Devid Kameronun yanını tərk etməli olub.