www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » BMT-nin nümayəndəsi Əvəz Zeynallıyla görüşdü


BMT-nin nümayəndəsi Əvəz Zeynallıyla görüşdü

Bölmə: Aktual
BMT-nin nümayəndəsi Əvəz Zeynallıyla görüşdü
BMT-nin nümayəndəsi həbsdə olan baş redaktorla görüşüb. Bunu AzNews.az-a açıqlmasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Qrupunun rəhbəri Vüqar Məhərrəmov deyib. Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisinin Milli İnsan Hüquqları İnstitutları və regional mexanizmlər bölməsinin rəhbərinin müavini xanım Afərin Şahidza ölkəmizdə səfərdədir. Xanım səfər çərçivəsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüb və bir sıra məsələlərlə bağlı müzakirə aparıb. Ə.Zeynallı qonağa saxlanma şəraitindən heç bir narazı olmadığını deyib. Afərin Şahidza 10 saylı cəzaçəkmə müəssisəsində başqa məhkumlarla da görüşüb. Orada onların saxlama şəraiti ilə tanış olub və öz razılığını bildirib.

Xatırladaq ki, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı, hazırda özü haqqında AR CM-nin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi qaldırılan Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.