SON DƏQİQƏ

Deputat: 'Dövlətin təşkilatında işləyən bir insanın qalxıb dövlət əleyhinə...'

Tarix:7-11-2017, 12:59

"Dövlətin təşkilatında işləyən bir insanın qalxıb dövlət əleyhinə, rəhbərlik əleyhinə hər hansı mitinqdə iştirakı qəbuledilən deyil”

Musiqili Komediya Teatrının balet truppasında çalışan Seymar Namazov  işdən çıxarıldığını deyib. O Müsavat partiyasının üzvüdür və işdən çıxarılmasını da noyabrın 3-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirilən piketdə iştirakıyla əlaqələndirir.

Noyabrın 6-da AzadlıqRadiosu-nun əməkdaşı Musiqili Komediya Teatrına zəng vuraraq rəhbərlikdən bununla bağlı açıqlama almaq istədiyini bildirib, ona az sonra özlərinin zəng edəcəklərini deyiblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva bu hadisədən xəbərsiz olduğunu söyləyərək araşdırma üçün vaxt istəyib. Təxminən bir saat sonra o bunları söyləyib:

"O adam deyib ki, xarici ölkəyə işləməyə gedir, buna görə ərizənin imzalanmasını istəyib”.

- Mən Musiqili Komediya Teatrının rəhbərliyi ilə danışdım. O aktyor noyabrın 4-də öz ərizəsi ilə işdən azad olunmaq üçün müraciət edib. Onlarin ştatlı işçisi də deyil. Müqavilə əsasında işləyir. Bir başqa müəssisədə tam ştatdadır. Və burda da rəhbərliyin istənilən vaxt müqaviləni pozmaq imkanı var. Buna baxmayaraq işdən çıxmaqla bağlı özü müraciət edib və ərizə ayın 4-də qəbul edilib. Mənə verilən məlumata görə, rəhbərlik heç orda olmayıb, ərizə də kadrlar idarəsinə verilib. Özüm orda olmadığıma görə mənə verilən məlumatı deyirəm.

- Jalə xanım, Seymar Namazov özü isə AzadlıqRadiosu-na bildirib: "Piketdən bir gün sonra (noyabrın 4-ü), səhər işə çatan kimi şöbə rəisi dedi ki, işdən çıxarılmısan. Qərar mənim üçün gözlənilməz oldu. O, mənə piketdə çəkilən şəkillərimi göstərdi və aksiyada iştirakıma görə bu cür qərar qəbul edildiyini dedi. Halbuki, elə noyabrın 4-də tamaşam da vardı. Əslində, burada şöbə rəisinə aid bir iş yoxdur. Mənim işdən çıxarılmağım barədə göstərişi teatrın rəhbərliyi verib”.

"Bu aktyorumuz gəncdir, balet truppasında işləyir, özü işdən getməklə bağlı ərizə verib"- Mən başa düşürəm. Mən də deyirəm ki, siz bununla bağlı onun birbaşa azad olunduğu müəssisə ilə danışsanız daha düzgün olardı, nəinki mənimlə. Mənə verilən informasiya da ondan ibarətdir ki, bu aktyorumuz gəncdir, balet truppasında işləyir, özü işdən getməklə bağlı ərizə verib. Ondan sonra nə açıqlama verməsinə biz məsul deyilik. Mənə elə gəlir ki, bununla bağlı teatr rəhbərliyi ilə danışsanız daha doğru olardı.- Biz buna cəhd etsək də, danışa bilməmişik.

- Mən də teatrdan verilən məlumatı sizə dedim.

- Bugünlərdə Milli Şuranın mitinqində iştirak etdiyinə görə üç aktyordan izahat istənmişdi. Hətta onlardan biri ərizə yazaraq işdən getməyə məcbur qaldığını söyləmişdi. Son bir ayda bu birinci hal deyil. Hətta mədəniyyət və turizm naziri də aktyorların ünvanına qınayıcı sözlər demişdi.

"Dövlətin təşkilatında işləyən bir insanın qalxıb dövlət əleyhinə, rəhbərlik əleyhinə hər hansı mitinqdə iştirakı mənim düşüncəmə görə, bir o qədər də qəbuledilən deyil".

- Gəlin belə deyək, o teatrların hər biri dövlət qurumlarıdır. Bu qurumlarda işləyirlərsə, deməli, dövlətdən maaş alırlar, dövlətin aktyorlara, sənət adamlarına tətbiq etdiyi sərəncamlardan, fərmanlardan faydalanırlar. Bu halda, gəlin məsələnin o biri tərəfinə də baxaq. Nə dərəcə düzgündür bu? Dövlət və dövlətçilik prinsipi deyilən bir şey var. Dövlətin təşkilatında işləyən bir insanın qalxıb dövlət əleyhinə, rəhbərlik əleyhinə hər hansı mitinqdə iştirakı mənim düşüncəmə görə, bir o qədər də qəbuledilən deyil.

- Bu aktyorlar və ya digər iştirakçılar dövlət əleyhinə orda hər hansı şüar səsləndirməyiblər, dövlət çevrilişinə cəhd də etməyiblər. Milli Şura sadəcə, siyasi hakimiyyəti tənqid edib, onu korrupsiyada, ölkəyə gələn gəlirləri düzgün xərcləməməkdə ittiham edib. Burda nə qəbahət var ki, o mitinqə gələn üç aktyordan izahat istənir və ya basqı altında saxlanırlar?

- Birinci sualınıza cavab olaraq dedim ki, araşdırmadan danışmaq düzgün olmazdı. Bu məsələdə də... Açığı, mən bilmirəm onlar hansı aktyorlardır, adları nədir. Virtual məkan açıqdır, ancaq təəssüflər olsun ki, mən saytlarda onların adına, onlarla bağlı problem olmasına rast gəlməmişəm. Bayaqkı sualınızla bağlı mən araşdırıb cavab verdim sizə, amma ardınca belə sual gələcəyini bilmirdim. Məndə bu haqda məlumat yoxdur. Onlar haranın aktyorlarıdır? Heç olmasa adlarını, işlədikləri teatrları deyin.

- Ayşad Məmmədovla Abbas Qəhrəmanov Akademik Milli Dram Teatrında, İlqar Cahangir Gənc Tamaşaçılar Teatrında işləyir. Ayşad Məmmədov işdən getmək barədə ərizə yazmağa məcbur qaldığını bildirib, indi di deyəsən, işə bərpasını gözləyir.

- Abbas Qəhrəmanov kifayət qədər populyar aktyordur. O da azad edilib işdən?

- Ondan sadəcə izahat istənib. Mən sizin dediyiniz bir məqama toxunmaq istəyirdim. Dediniz ki, dövlətdən maaş alan, onun verdiyi üstünlüklərdən, imtiyazlardan yararlanan şəxsin mitinqdə iştirakı doğru olmazdı. Bu halda ölkədə fikir, ifadə azadlığından, plüralizmdən, demokratiyadan danışmaq mümkündürmü, sizcə?

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ