www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Dünya çempionatı üçün 5 milyard rüşvət iddiası

Dünya çempionatı üçün 5 milyard rüşvət iddiası

Bölmə: Aktual
 Dünya çempionatı üçün 5 milyard rüşvət iddiası
FİFA-nın verdiyi məlumata görə, bu il Braziliyada keçirilən Dünya Çempionatını (DÇ) təxminən 3,2 milyard insan izləyəcək. Bütün rəqəmlər onu göstərir ki, bu çempionat dünyanın təxminən yarısının marağını özünə cəlb edən yeganə yarışdır.

Bütün bunlarla yanaşı DÇ-nin keçiriləcəyi ölkə ilə bağlı bəzi xoşagəlməz nüanslar da xatırlanmaqda davam edir.

Məşhur “blumberq” saytı ötən gün Braziliyada başlanan dünya çempionatının görünməyən tərəflərini araşdırıb.

Korrupsiya, insan haqlarının pozulması və tikinti qəzaları ilə müşayiət olunan hazırlıq prosesi Braziliyada olan ictimai təşkilatların fəallaşmasına gətirib çıxarıb. Rəsmi məlumatlara görə, hazırlıq prosesində 12 stadionun tikilməsi zamanı 9 nəfər ölüb. Amma yerli təşkilatlar bu rəqəmin daha çox olduğunu və tikinti qəzalarında ölənlərin ailəsinə lazımi yardım göstərilmədiyini bildirir.

Bu çempionatın baş tutması üçün Braziliya 11,2 milyard dollar pul xərcləyib. Rəsmi məlumatlara görə, pullar yoxsulluğun aradan qaldırılması, infrastrukturun yenidən qurulması və səhiyyənin keyfiyyətinin artırılması üçün xərclənib. Məhz bu müddət ərzində Braziliya Milli Futbol Federasiyasının prezidenti rüşvət və korrupsiya qalmaqallarında adı hallandığı üçün istefa verməyə məcbur olmuşdu.

Britaniyanın “Sandi tayms” qəzetinin apardığı araşdırmaya görə, Dünya Çempionatları keçirilən ölkələrdə insan hüquqları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil.

2018-ci ildə DÇ Rusiyada keçiriləcək və artıq beynəlxalq insan hüquqları təşkilatları şimal qonşumuzun insan haqlarını qorumadığını deyir. QHT-lər 2014-cü il Soçi Olimpiadasında da bununla bağlı dəlillərin toplandığı açıqlanıb.

FİFA-nın açıqlamasına görə, rəsmi Moskva bu olimpiadaya 20 milyard dollar xərcləmək niyyətindədir.
2022-ci ilin Dünya Çempionatını keçirmək hüququnu qazanan Qatar isə bu oyunların reallaşmasına nə az, nə çox, düz 200 milyard dollar xərcləmək fikrindədir. Beynəlxalq təşkilatlar bu ölkədə olan 3 əsas problemi önə çəkiblər. Onların iddialarına görə, Qatar bu hüququ almaq üçün 5 milyard dollar rüşvət verib. Rəsmi Doha bu iddianı hələ rədd etsə də, onu inkar edəcək hər-hansı dəlil ortaya qoymayıb. Hazırda Rusiyanın 2018, Qatarın isə 2022-ci ildə keçiriləcək DÇ üçün FİFA-ay rüşvət verməsi ilə bağlı iddialar ABŞ Federal Məhkəməsində müstəntiqi Maykl Qarsianın icraatındadır. Doha ilə bağlı digər bir iddia isə ölkədə şəriətlə bağlı qəddar qanunların mövcud olması ilə əlaqədardır.

FİFA 2013-cü il üçün olan öz gəlirlərini açıqlayıb. Rəsmi məlumatlara görə, ötən il “Soni” və “Adidas” birlikdə quruma 404 milyon dollar ödəyib. /Axar.az/