www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Ermənistanda səfərbərlik elan edilə bilər

Ermənistanda səfərbərlik elan edilə bilər

Bölmə: Aktual
Ermənistanda səfərbərlik elan edilə bilər
Ermənistannın Vətəndaş Cəmiyyəti liderləri ölkədə səfərbərlik elan olunmasının vacibliyinə diqqət çəkirlər.
ANS PRESS-ə istinadən məlumata görə, onlar Qazaxıstan prezidenti Nursultan Nazarbəyovun Astanada keçirilən Avrasiya İqtisadi Birliyinin yaradılmasına həsr edilmiş toplantıda Ermənistanın quruma Dağlıq Qarabağsız üzv olmasının vacibliyi ilə bağlı səsləndirdiyi bəyanatdan sonra ölkələri üçün real təhlükə yarandığını hesab edirlər.

Tiqran Xızmalyan adlı siyasətçi Astanada səslənən fikirlərin Ermənistan üçün ölümcül təhlükə daşıdığını bildirib: “Mən heyrətlənirəm ki, heç kim Ermənistanın qısa müddət ərzində Avrasiya Birliyinə üzv olunmaq şərtinə reaksiya göstərmədi. Biz əvvəllər demişik, yenə deyirik: ruslar yeni addımlar atmaq üçün bizi qurban verməyə qərar veriblər. Astana toplantısından sonra Ermənistan və Qarabağ üçün ciddi təhlükə yarandığı məlum oldu”.

Xatırladaq ki, Astanadakı toplantıda Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib ki, "Biz Azərbaycan prezidentinin məktubunu almışıq. Bütün prezidentlər alıb. Ermənistan Ümumdünya Ticarət Təşkilatına BMT tərəfindən tanınmış beynəlxalq sərhədləri çərçivəsində üzv qəbul olunub və indi də qaydalar Ermənistan ərazisinə bu prinsiplə şamil edilməlidir...”.

Nazarbayevin bu bəyanatından sonra Sərkisyanın israrla baxdığı Vladimir Putinin heç bir reaksiya verməyərək jurnalı vərəqləməsi jurnalistlərin diqqətindən yayınmayıb. Bundan sonra Sərkisyan iyunun 15-dək Ermənistanın təşkilata qoşulacağını deyib. Vladimir Putin isə İttifaqın yaranmasını "ilin hadisəsi" adlandırıb.