www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » 10 "gülənçi" "vuruldu"


10 "gülənçi" "vuruldu"

Bölmə: Aktual
10 "gülənçi" "vuruldu"
Vəzifədən azad edilən şəxslərin yerinə yeni işçilərin təyinatı başlanıb
Gülən camaatının lideri Fətullah Gülənə məxsus olduğu iddia edilən “paralel hökumət”in xarici ölkələrdəki üzvlərinə qarşı əməliyyatlara start verilib.
Türkiyə Ədliyyə Nazirliyi xarici ölkələrdə hökumət əleyhinə aksiya keçirən 10 ədliyyə müşavirini işdən azad edib.

İşdən azad edilən şəxslərin Türkiyənin xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinin işçiləri olduğu bildirilir.

Həmin şəxslərin ABŞ, Almaniya, Hollandiya, Nyu-York, Cenevrə, Viyana, Brüssel, Starsburqda fəaliyyət döstərən Türkiyə səfirliklərində müxtəlif vəzifələrdə çalışıblar.

Vəzifədən azad edilən şəxslərin yerinə yeni işçilərin təyinatına başlanılıb.