SON DƏQİQƏ

40 YAŞINDA ALİ MƏKTƏB BİTİRİB, PROFESSOR OLAN İCRA BAŞÇISI - Ekspert açıqladı

Tarix:20-07-2018, 13:50

Artıq iki gündür sosial şəbəkələrdə müğənni Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi müzakirə olunur. Düzdür, bir qədər əvvəl bu təkzib olundu. Ancaq başqa sahələrdə olduğu kimi, elmdə də "bazar açıldığından” (ifadə akademik Ramiz Mehdiyevə məxsusdur -red.),  əslində Nazpəriyə professor adının verilməsi belə təəccüblü görünməməlidir.

etibar eliyevElə "XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev də bu fikirdədir. "AzPolitika.info”nun məlumatına görə, o, özünün "facebook” səhifəsində bu haqda yazarkən, maraqlı 2 faktı da qeyd edib. Ekspertin həmin yazısını təqdim edirik:

"Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu xəbər çox adamı təəccübləndirdi. Bilmirəm niyə…Dostlar, elm Nazpəri xanım ilə nüfuzdan düşməyib. Elmi bilirsiniz hansı adamlar nüfuzdan salıb?

Birini deyim: Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev 40 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki İdarəçilik Akademiyası) bitirib. 2 ildən sonra isə namizədlik dissertasiyası müdafiə edib. İndi elmlər doktoru, professordur.
Yaxud Adil Əliyev 44 yaşında hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alanda niyə təəccüblənmədiniz?”
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ