SON DƏQİQƏ

“Heç bir medalla təltif edilmədim...” - Lələ təpədə ayaqları tutulan döyüşçü...

Tarix:1-06-2018, 11:34

Şanlı aprel döyüşlərimiz zamanı Lələ təpə uğrunda gedən döyüşlərdə iştirak edən gizir Əzimov Elşən Balaxan oğlu açıqlamasında müvafiq qurumlardan kömək istəyib. 

Döyüşçü bildirib ki, aprel döyüşlərində iştirakına baxmayaraq o, heç bir medalla təltif edilməyib:
"Mən Əzimov Elşən Balaxan oğlu 1980-ci ildə anadan olmuşam. 2009-cu ildən 2017-ci ilə qədər Silahlı Qüvvələrin giziri kimi orduda xidmət etmişəm. Lələ təpə uğrunda gedən döyüşlər zamanı Texniki Nəzarət Məntəqəsinin rəisi vəzifəsini icra etmişəm. Aprelin 4-də düşmənin atdığı "Qrad" mərmisi nəticəsində kontuziya aldım. İndi hər iki ayağım tutulub. Neçə müddətdir ki, Şağan müalicə pansionatında müalicə alıram. Məsləylə bağlı Müdafiə Nazirliyinə müraciət etmişəm. Bu yaxında ayağımdakı problemlə bağlı sənədlərim Türkiyəyə göndərildi. Dörd övladım var, ata himayəsində qalıram. Səhhətimdəki problemə görə ordu sıralarından təxris olundum. İkinci qrup əliləm. Amma bütün bunlara baxmayaraq döyüşdə göstərdiyim xidmətlərimə görə heç bir medalla təltif edilməmişəm. Mənim medalla və evlə təmin olunmağım üçün Müdafiə Nazirlyinə müraciət etsəm də, cavab Cəlilabad rayon İcra Hakimiyyətinə göndərilib və nəticədə də bu günə kimi heç bir köməklik edilməyib. Xahiş edirəm müvafiq qurumlar bu problemlərimin həlli üçün mənə kömək etsinlər”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ