SON DƏQİQƏ

FAZİL MƏMMƏDOV NAZİRƏ ETİRAZ OLARAQ İSTEFA VERDİ – Güləş Federasiyasından da getdi

Tarix:12-05-2018, 00:03

Azərbaycan Güləş Federasiyasının prezidenti, sabiq vergilər naziri Fazil Məmmədov postundan istefa verib. Rekord.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Məmmədov bu gün istefa ərizəsini federasiyanın ali seçki orqanına təqdim edib.

Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsinə də bu yöndə məktub ünvanlayan Fazil Məmmədov səlahiyyətlərinə xitam verilməsini xahiş edib.

Mənbə bildirir ki, 10 ildən çox bu postda olan Məmmədovun gediş səbəbi səhhəti ilə bağlı deyil. Güman edilir ki, qərarda əsas rolu dünən gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə keçirilən iclasa dəvət edilməməsi və nizamnaməyə əsasən 1-ci vitse-prezidenti seçmək hüququnun məhz federasiya prezidentinə məxsus olması oynayıb.

Belə ki, həmin iclasda Azad Rəhimov Namiq Əliyevi 1-ci vitse-prezident vəzifəsinə qaytarıb. Məlum olduğu kimi, Fazil Məmmədov həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidentidir. O, buradakı işini hələ ki davam etdirir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ