SON DƏQİQƏ

Bakıda mərasim zalları və yas çadırlarının şok qiymətləri - Üç min manata VİP çadırlar...

Tarix:14-12-2018, 14:20

Hamımıza yaxşı məlumdur ki, Bakı və ətraf rayonlarda mərasim zallarının sayı artıb. Bununla yanaşı hündürmərtəbəli binaların qarşısında insanların özlərinin tikdirdiyi xeyr-şər evləri var. Bu xeyr-şər evlərində bina sakinləri kommunal xərcləri ödəməklə öz məclislərini keçirirlər. Xatırladaq ki, ölkəmizdə mərasim zalları 1991-ci ildən fəaliyyətə başlayıb. 

Moderator.az-ın əməkdaşı mərasim zalları və yas çadırlarının qiyməti ilə bağlı araşdırma aparıb. Məlum olub ki, yas çadırlarının qiyməti mərasim zallarından dəfələrlə çoxdur. 

Belə ki, Bakıda 150 nəfərlik sadə yas çadırının bir günlük kirayəsinin qiyməti 400,  VİP çadırın  kirayəsi isə 1300 manatdır. Əgər çadırı üç günlük kirayəyə götürsən, sadə 1000, VİP çadır isə 3000 manat qiymətində təklif olunur. 

Qiymətləri müqayisə etmək üçün mərasim zallarının qiyməti ilə maraqlandır. 

"Qızıl gül mərasim zalı”ndan saytımıza bildirdirlər ki, qiymətlər adam başına hesablanır. Belə ki, 100 nəfərə qədər adamın olarsa, 10 manatdan hesablanır. Əgər 150 nəfərdən aşağı olarsa, 11 manat və 100 nəfərdən aşağı adamın olarsa, 13-14-15 manat arasında qiymətlər dəyişir. Mərasim zalında menyuya meyvə, limon, halva, konfet, pomidor, xiyar, turşu, və plov daxildir.

Sosioloq Əhməd Qəşəmoğlu Moderator.az-a açıqlamasında bildirdi ki, mərasim zalları və yas çadırları ilə bağlı əhali arasında ciddi narazıçılıqlar var və müvafiq qurumlar bununla bağlı ciddi tədbirlər görməlidir:

"Mərazim zalları və yas çadırlarının qiymətləri ilə bağlı əhali arasında ciddi narazıçılıqlar var. Yas mərasimləri məsələsinə biz daha həssas olmalıyıq. Onsuz da toylarımız da tənqid olunası bir vəziyyətdədir və bu haqda çox danışılıb. Amma toy elə bir şeydir ki, insanlar ona öncədən hazırlaşır və toyunu edir. Yas mərasimləri isə qəfildən baş verir. Belə olanda da ölü sahibinin maddi imkanı olmur. Ölü sahibinin bu cür imkansızlıqla üz-üzə qalması dəhşətli bir haldır, çünki insanlar var ki, borca düşürlər. Ona görə də bu məsələdə çalışmalıyıq ki, Azərbaycanda yeni mexanizmlər yaransın. Məsələn, Türkiyədə yas mərasimlərinə bələdiyyələr kömək edir. Mənim illər öncə Türkiyədə bir yaxınım rəhmətə getmişdi və o, Azərbaycan vətəndaşı olmasına baxmayaraq, onun dəfn olunması və yas mərasiminin verilməsində bələdiyyə yaxından köməklik etdi. Bu təcrübə başqa ölkələrdə də var. Əhalini çıxılmaz vəziyyətdə qoymamaq üçün tədbirlər görməliyik. Yas mərasimlərinin həyata keçirən böyük bir şəbəkə işləyir və külli-miqdarda da pul qazanırlar. Dərhal çalışmaq lazımdır ki, həmin yas çadırlarının və mərasim zallarının qiyməti aşağı salınsın. Mərasim zallarının özləri də möhtəkərliklə məşğuldur. Adicə bir fakt deyim ki, onlar meyvə, şirniyyat, çərəz və sair qidaları görüntü üçün masaya düzürlər. Heç kim onlara toxunmadığı üçün həmin qidaları bir neçə yas mərasimlərində masaya qoyurlar, amma insanlardan hər dəfə ayrı-ayrılıqda pul alırlar”. 

Sosioloq məscidlərimizdə yığılan nəzir pullarının hara xərcləndiyinin bilinmədiyini deyib:

"Bu qədər nəzir qutularında pul yığılır, amma kimsə  o pulla bir xəstəyə kömək edilməsini eşitməyib. Bir dəfə Hollandiyada olanda öyrəndim ki, kilsələr tələbələrin oxumasına kömək edir. Onlar nəinki xristian tələbələrə, hətta orda təhsil alan müsəlman tələbələrə də maddi köməklik göstərirlər. Bizdə isə nə dini təşkilatlarımız, nə də məscidlərimiz heç bir iş görmür”. 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ