www.DOGRU.tv - Onlayn Televiziya » Aktual » Facebook Bütün Planeti Pulsuz İnternetlə Təmin Etmək İstəyir

Facebook Bütün Planeti Pulsuz İnternetlə Təmin Etmək İstəyir

Bölmə: Aktual
Facebook Bütün Planeti Pulsuz İnternetlə Təmin Etmək İstəyir
DTV.AZ - Mark Zukerberq bütün dünyada internetin yayılması ilə məşğul olacaq şöbə yaratdığını bildirib. Bu isə pilotsuz dronlar vasitəsilə həyata keçiriləcək.

Facebook günəş enerjisi ilə işləyən, çox yüksəklikdə uça bilən dron istehsalı ilə məşğul olan “Titan Aerospace” şirkəti ilə danışıqlar aparır. Hal-hazırda müxtəlif səbəblərə görə bunu edə bilməyən milyonlarla insana şəbəkəyə çıxmaq imkanı verən Internet.org layihəsində “Titan Aerospace” texnologiyasından istifadə etmək üçün Zukerberq 60 milyon dollar ayırıb.

Facebook Bütün Planeti Pulsuz İnternetlə Təmin Etmək İstəyir

Xüsusilə əlçatmaz ərazilərdə internet paylamaq üçün dronlardan istifadə etmək planlaşdırılırdı.

Öz səhifəsində dərc etdiyi yazıda Zukerberq bu iddialı layihə ilə məşğul olacaq komanda haqqında məlumat verib. Bölmə “Connectivity Lab” adlanır və onun qarşısında duran əsas məsələ bütün dünyanı internətə çıxış ilə birləşdirməkdir.

Internet.org ötən ilin avqustunda Facebook, Opera, Qualcomm, Samsung və başqa şirkətlərin təşəbbüsü ilə işə düşüb, lakin indi sosial şəbəkə layihədə açıq-aydın lider mövqeni ələ keçirir. Facebook Google tərəfindən aparılan rəqib və oxşar layihə olan Loon-u qorxutmur. Bu layihə çərçivəsində internetin atmosferin yuxarı qatlarında uçan hava şarları vasitəsilə yayılması planlaşdırılır.

Zukerberqin yazısından əlavə, şirkət video da dərc edib. Bu videoda aparıcı mühəndislərdən biri olan Yaeel Maquayer planlaşdırılmış işlər haqda daha detallı danışır:



İnternetə çıxışla təmin olunmanın ənənəvi modelinə baxsanız, orda hər şey böyük baza stansiyası ilə başlayır. Bu elə bir qüllədir ki, istifadəçi aparatının qəbul etdiyi siqnalları paylayır.

Bunu adi kabellərin çəkilməsi problem olan yerlərdə də, məsələn, cəngəllik və dağlarda internet paylayan peyk şəbəkəsinin yaradılması ilə həyata keçirmək planlaşdırılır. Bu sxemin işləməsi, yerdəki avadanlığın havadan internet alması və öz aralarında sinxronlaşması üçün Facebook bir sıra problemləri həll etməlidir.

Facebook Bütün Planeti Pulsuz İnternetlə Təmin Etmək İstəyir

Hazırda şirkət bu peyklər kimi günəş enerjisi ilə işləyən və 20 min metr yüksəklikdə uça bilən pilotsuz dronları ciddi şəkildə dəyərləndirməyə çalışır. Bu istiqamətdə işləmək üçün “Lab Connectivity” komandasına yüksək səviyyəli yeni mütəxəssislər cəlb olunub. Bu haqda Zukerberqin özü xəbər verib.

Dronlar isə öz aralarında lazerlər vasitəsilə əlaqə saxlayacaq. Maquayerin iddia etdiyi kimi Facebook artıq bu məslənin həlli üçün “kosmik optika” sahəsindən mütəxəssislər cəlb edib.

Facebook Bütün Planeti Pulsuz İnternetlə Təmin Etmək İstəyir

Ümumiyyətlə, görünən odur ki, Zukerberq ciddi şəkildə Internet.org üzərində çalışır. Bu isə o deməkdir ki, tezliklə daha ümidverici xəbərlər eşidəcəyik. Yeri gəlmişkən, Mark elə də pis olmayan bəzi aralıq nəticələri də paylaşıb:

Hətta bütün bunlar sosial şəbəkəyə daha çox insan cəlb etmək, daha sonra onlara Facebook-un nələrə hazır olduğunu və hansı fantastik texnologiyaların hazırladığını reklam etmək üçün olsa belə, güclü təsir bağışlayır.

Yeri gəlmişkən, Google da belə bir layihə üzərində işləyir. Lakin onlar bütün dünyanı internetlə təmin etmək üçün hava şarlarından istifadə etməyi nəzərdə tuturdular: