SON DƏQİQƏ

Qubada məmurların başı kefə qarışıb Allahverdi Xudaverdiyev də icra başçısından geri qalmır

Tarix:13-03-2019, 17:14

Qəzetimizin ötən saylarında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində baş verən özbaşınalıqlardan, saxtakarlıq və digər korrupsiya hallarından bəhs edən tənqidi materiallar dərc olunmuşdu. Şöbənin fəaliyyətində yer almış neqativ hallara dair yerli sakinlərin çoxsaylı şikayət məktubları müxtəlif instansiyalara davamlı olaraq ünvanlansa da, aidiyyatı olan qurumlar şöbənin rəisi Allahverdi Xudaverdiyevin yarıtmaz fəaliyyətinə son qoymaq üçün hələ də heç bir tədbir görməyiblər. Artıq qeyd olunduğu kimi daxil olan məlumatlarda ilk növbədə Allahverdi Xudaverdiyevin kənd bələdiyyə sədrləri ilə birgə həyata keçirdiyi torpaq maxinasiyalarından bəhs olunur. Bu xüsusda mənbələr bildirirlər ki, rayonun bir çox kəndlərində bələdiyyə mülkiyyətində olan torpaq sahələri tamamilə satılıb qurtarıb. Torpaq şöbəsinin müdiri isə belə vəziyyətdə yeni-yeni maxinasiyalara əl atır. Məlumatlara görə məhz 2007-2008-ci illərdə rayonda torpaq sahələrinin satışı daha çox intensivliyi ilə fərqlənib. Maraqlıdır ki, bu intensivlik 2007-ci il dekabrın 12-də Ölkə Prezidentinin sərəncamı ilə torpaq satışının dayandırılmasından sonrakı dövrə təsadüf edib. Bu maxinasiyaların diqqət cəlb etməməsi üçün isə Allahverdi Xudaverdiyevin xeyir-duası ilə "hərraca” çıxarılan torpaq sahələri köhnə tarixlə sənədləşdirilir. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Quba rayonunda 20-yə yaxın fiziki və hüquqi şəxs öz torpaq sahələrini 2008-ci ilin fevral-may aylarında alıblar. Ancaq sənədlər köhnə tarixlə yazılıb. Bunu vergi və sosial ödəmələr, hətta banka rüsum ödəmələri də sübut edir. Həmçinin məlumatlarda qeyd olunur ki, Allahverdi Xudaverdiyev ən müxtəlif əsassız bəhanələr gətirməklə, əvvəlki vaxtlarda verilmiş sənədləri etibarsız elan edir. Mahiyyətcə isə, məqsəd yalnız torpaq sahiblərindən yenidən rüşvət qoparmaqdır. Təbii ki vətəndaşlar buna etiraz edərək bildirirlər ki, müvafiq dövlət rüsumunu da, hətta tələb olunan rüşvəti də artıq ödəyiblər. Lakin onların bu bəyanatları Allahverdi müəllimi qətiyyən maraqlandırmır. Belə ki, istədiyini almayacağı təqdirdə şöbə müdiri vətəndaşları aldıqları torpaqlara olan mülkiyyət hüquqlarından belə məhrum edəcəyi ilə hədələyir.Məlum olduğu kimi son vaxtlar ölkə mətbuatında Quba rayonu ilə bağlı tənqidi materialların dərci daha da intensivləşib. Nəzərə alsaq ki, bu materialların böyük əksəriyyəti həm kütləvi informasiya vasitələrinə, həm də digər instansiyalara əsasən yerli mənbələr tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanıb, o zaman rayonda vəziyyətin nə dərəcədə kritik hala çatması barədə təxmini təsəvvür almaq olar. İlk növbədə xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün Qubalıları ən çox narahat edən məqamlardan biri rayonda rüşvətxorluq və korrupsiya hallarının artmasıdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində baş verən özbaşınalıqlar da sözsüz ki, yerli sakinlərin etirazlarını stimullaşdıran məqamlardan biri kimi qəbul edilməlidir. Mənbələr iddia edirlər ki, Quba rayon İcra Hakimiyyətində A.Xudaverdiyevin bu qanunsuz əməllərində nəinki xəbərdardırlar, hətta onu istiqamətləndirir və təqdir edirlər. Həm də daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, rayon ictimaiyyəti böyük əksəriyyətdə bu kimi hallara görə məsuliyyəti birbaşa Quba RİH-nin rəhbərliyində görürlər. Əlbəttə ki, belə olan halda Quba rayon torpaq şöbəsində yer almış çeşidli qanun pozuntularına da qətiyyən təəccüblənmək lazım deyil.скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ